Kapital Bank namizədləri Tovuz, Sabirabad və Bərdə filialları üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər :
Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
Tələblər
Ali təhsil
Səbirli, təmkinli, təzyiqə davamlı
Ünsiyyətqurma və izahetmə qabiliyyəti
Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
MS Office proqramları üzrə biliklər
Əla ünsiyyət bacarıqları
Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
ŞƏRHLƏR