Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5482
az

İsrail səsdən sürətli qorxunc raketi Bakıya GƏTİRİR: Ermənistan 1 zərbə ilə YOX EDİLƏCƏK - VİDEO

16:0024 Sentyabr, 2018
7304
HƏRBİ
  • A
 25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018” sərgisi keçiriləcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, sərgidə İsrailin səsdən sürətli “Rampage” raketinin nümayişi xüsusi diqqət çəkir.

İsrail səsdən sürətli olan “Rampage” raketini yeni yaradıb. Bu raketlər İsrail ordusunun arsenalına gələn il daxil ediləcək. 150 kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının çəkisi 150 kiloqramdır.

“ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya gətirməsi təsadüfə bənzəmir.

İsrailin yeni yaratdığı dəhşətli özəlliyi ilə seçilən “Rampage” məhsulunu Bakıdakı sərgidə nümayiş etdirməsi gələcəkdə bu raketi başqa ölkələrə də sata biləcəyi deməkdir.

Ehtimallara görə, Azərbaycan gələcəkdə bu raketləri ordumuzun arsenalına daxil edə bilər. Azərbaycan və İsrail arasındakı hərbi əməkdaşlıq bu raketləri əldə etməyə imkan verir.

Bu məqamı gündəmə gətirən Ermənistan mediası işğalçı ölkənin qorxuya düşdüyünü açıq şəkildə ifadə edib.

“İsrail Azərbaycanın əsas silah təchizatçılarındandır, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və Azərbaycan istədiyi silahı İsraildən ala bilər. “Rampage” raketinin Bakıda nümayiş etdirilməsi də təsadüfi deyil”, - deyə “armenianreport” saytı yazıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır