Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54701
az

Azərbaycanlı ailə Almaniyadan deportasiya edildi

20:3831 May, 2021
935
CƏMİYYƏT
  • A

Ötən gün Gürcüstan vətəndaşı olan 4 azərbaycanlı Almaniyadan deportasiya edilib.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, bir ailənin üzvü olan 4 azərbaycanlı ötən gecə polis və miqrasiya idarəsinin əməkdaşlarının müşayiəti ilə Berlin Şönefeld hava limanına gətiriliblər. Onlar hava limanında sürətli koronavirus testi verdikdən sonra Münhen-Tiflis reysini həyata keçirən Türkiyə Hava Yollarına məxsus təyyarəyə mindiriliblər.

Məlumata görə, ailə 2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Lakin onlar Berlin Miqrasiya İdarəsi tərəfindən rədd cavabı alıblar. Ailə daha sonra məhkəməyə müraciət edib. Məhkəmə miqrasiya idarəsinin verdiyi qərarı qüvvədə saxlayıb. 2020-ci ildə ailəyə möhlət hüququ verilsə də, onlar ölkəni tərk etmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq alıblar.

Məlumat üçün bildirək ki, bu ilin fevral-aprel aylarında aralarında azərbaycanlıların da olduğu 505 nəfər Gürcüstan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı