Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərinə səfər edib.
Oxu24.com -un verdiyi məlumata görə, Türkiyə prezidenti BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edəcək.
Nyu-York səfərində Türkiyə prezidentini maliyyə naziri Berat Albayrak, sənaye və texnologiyalar naziri Mustafa Varank, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Rusxar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin mətbuat katibi İbrahim Kalın və digərləri müşayiət edir. Oxu24.com
ŞƏRHLƏR