Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5460
az

Serj Sarkisyan Ermənistanda neft axtarırmış - SENSASİON FAKT

19:4823 Sentyabr, 2018
1319
DÜNYA
  • A
 ​​​​Ermənistanda ölkə ərazisində neft axtarışları ilə bağlı qalmaqal qızışmaqdadır. Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu işdə məşhur rusiyalı iş adamı Samvel Karapetyan və keçmiş prezident Serj Sarkisyanın adları hallanır.

Sən demə, hələ 2012-ci ildə Ermənistanın Energetika və Təbii Ehtiyatlar Nazirliyinin qəbul otağında Avstraliya vətəndaşı Vaçaqan Petrosyan peyda olur. Sonuncu ölkədə neft və qaz tapmağa söz verir. O qədər inandırıcı danışır ki, buna o vaxtkı prezident Serj Sarkisyan da inanır. Ya da özünü elə göstərir ki, guya inanır...

Vaçaqan Petrosyan

Ermənistanda neft və qaz axtarışına iki il müddətinə lisenziya almış Vaçaqan Petrosyan artıq “İnteqral Petroleum” QSC-nin rəhbəri kimi faydalı qazıntı axtarışına çıxır. Nədənsə məmurlar heç yada da salmaq istəmirlər ki, hələ sovet illərində geoloqlar Ermənistanın karbohidrogen yataqlarından tamamilə məhrum olması qərarına gəlmişdilər.

Qısa müddətdən sonra “İnteqral Petroleum” QSC “aşkar edir” ki, uzağa getmyə ehtiyac yoxdur, elə düz Yerevanın altında, Türkiyə ilə sərhəd istiqamətində 15 milyard kub metr təbii qaz ehtiyatı var. Bir müddət də sonra Vaçaqan Petrosyan Oktemberyan və Şoraxbüra ərazilərində iki neft yatağı “tapır”. Ehtiyatlar müvafiq olaraq 35,8 milyon ton və 250 milyon barrel həcmində dəyərləndirilir.

Erməni “neftçi” lisenziyasının uzadılmasını tələb edir, hətta bildirir ki, hər şey nəzərdə tutulduğu kimi getsə, ölkə neft və qaz satışından illik 20 milyard dollar gəlir götürəcək. Lakin nazirlikdə ona inanmırlar və lisenziya uzadılmır. Nazir Levon Yeloyan bildirir ki, kəşfiyyat işlərinin yekunları ilə şəxsən tanış olmalıdır.

Dəstək axtarışında Petrosyan 2016-cı ilin iyununda prezident Serj Sarkisyanla görüşür. Dövlət başçısı ona işlərin davam etdirilməsində kömək edəcəyinə söz verir. Bir ay sonra “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan Petrosyana zəng edir və Moskvadakı görüş zamanı ona kəşfiyyat işlərinin aparılması üçün yardım edəcəyini deyir. Karapetyanın göndərdiyi mütəxəssislər tədqiqatın nəticələri ilə tanış olurlar. Onlar şirkətin layihəsini bəyənirlər və 2016-cı ilin dekabrında Vaçaqan Petrosyan Samvel Karapetyanın şərtlərini qəbul edir. İşlər 2017-ci ilin mart ayında başlanmalı idi. Lakin Petrosyan nə müqaviləni ala bilir, nə də Karapetyan onunla əlaqə qurur.

Serj Sarkisyan və Samvel Karapetyan

Sonradan məlum olur ki, energetika nazirliyi lisenziyanı başqa bir şirkətə - “Ermənistan neft və qaz şirkəti” MMC-yə verib. Onun da rəhbəri Samvel Karapetyandır. Necə deyərlər, oğrudan oğruya halaldır.

Lakin Petrosyan sakitləşmir və neft-qaz axtarışı üçün Dağlıq Qarabağa yollanır. Burada oyuncaq rejim onu sevinclə qarşılayır və kəşfiyyat işləri aparmaq üçün ərazi də verir. Lakin bir müddətdən sonra onlar da kəşfiyyat üçün icazəni başqa şirkətə ötürürlər. Görünür, kimsə işğal altında olan Azərbaycan torpaqlarında daha çox neft tapmağa söz veribmiş.

İndi isə bu işlər məhkəməyə gedib çıxıb. Vaçaqan Petrosyan energetika nazirliyinə qarşı iki iddia verib.

Ən gülməlisi isə odur ki, hələ ötən əsrin 90-cı illərində erməni diasporunun pullarının hesabına Amerikanın neft şirkətlərindən biri bütün Ermənistan ərazisində kəşfiyyat işləri aparmış və o vaxta qədər sovet geoloqlarının gəldiyi nəticəyə gəlmişdi – Ermənistanda nə neft var, nə də qaz. Yeri gəlmişkən, həmin işlərə 30 milyon dollar xərclənmişdi.

“Qorxma, mən səninləyəm” filmindən kadr

Bu yerdə yada Yuli Qusmanın məşhur “Qorxma, mən səninləyəm” filmindən bir epizod yada düşür. Mülkədar Vəlibəyov mühəndis-geoloq Petrovdan onun torpaqlarında neft tapmağı xahiş edir: “Tağıyevdə var, Nağıyevdə var, Nobeldə var, hətta Rotşilddə var. Təkcə məndə yoxdur. Başqalarından nəyin əskikdir?” Petrov isə ona qısaca cavab verir: “Axı burda neft necə olsun? Bura dağdır! Anlayırsınızmı, dağ!” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya öz səmasında Santa Klausu da vurdu - VİDEO

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı -Nə baş verir?
İran Prezidenti Moskvaya səfər edəcək

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi