Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54592
az

Koronavirusa qarşı ürəyi gücləndirək 5 QIZIL QAYDA

20:4628 May, 2021
1163
TİBB
  • A

Koronavirusun ən çox təsir etdiyi orqan ürəkdir.

OXU24.COM xəbər verir ki, türkiyəli mütəxəssis Atalay Karakaya koronavirusun damarlarda laxtalanmaya səbəb olduğunu bildirib:

"Ayaqlarda yaranan laxtalanma ürəyə, ürəkdən ağciyərlərə çatdığı zaman ölümcül nəticələrə yol açır. Bu müddətdə maksimum səviyyədə ürək-damar sağlamlığınızı qoruyun".

Ən az 2 litr su!

"Xüsusilə isti yay günlərində ən az 2 litr olmaqla 3 litrə qədər su içilməlidir. Yetərli miqdarda su qandakı laxtalanmanın qarşısını alır".

Həkim yoxlanışlarını ertələməyin!

"Artıq çəki və yuxu pozuntuları da metabolik problemlərlə birlikdə, ürək-damar sağlamlığımıza mənfi təsir edən faktorlar arasındadır. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər istifadə etdikləri dərmanları buraxmamalı, mütəmadi qəbul etməlidirlər".

Qidalanmanıza diqqət edin!

"Pandemiyada artan çox yemə istəyi, hərəkətsiz qalma və sifariş edilən şirniyyat və "fast food" kimi qidalar ürək damar xəstəliklərinə yol açır. Hazırda bu xəstəliklər daha da artdı. Qidalanmanızda sağlam qidalara və hərəkətsiz qalmamağa diqqət etməlisiniz".

Hazır qidalardan uzaq durun

"Mümkün olduğu qədər təbii və orqanik bəslənməyə üstünlük verin. Yüksək miqdarda duz, şəkər və yağ tərkibli paketli, hazır qidalardan uzaq durun. Qida tükətimində yağ, duz və şəkər tarazlığı isə çox önəmlidir".

Bol-bol harəkət edin

"Ürək, xüsusən damar sağlamlığı baxımından mütləq hərəkət etməliyik. Bu da psixoloji olaraq özümüzü rahat, pozitiv hiss etdirərək koronavirusa qarşı mübarizə aparmağımıza kömək edər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib