Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54546
az

SON DƏQİQƏ! Azərbaycanda məşhur musiqiçi  qəfil vəfat etdi

22:1227 May, 2021
4946
SON DƏQİQƏ
  • A

Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim, tarzən Yusif Vəliyev vəfat edib.

Oxu24.com  xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva feysbukda məlumat verib.

Y.Vəliyev 15.08.1952-ci ildə Ağdam şəhərində anadan olub. 1975-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirib. Y Vəliyev 1969 - 1970- ci illərdə Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində tar müəllimi, 1971-1976-cı illərdə Bakı şəhər 22 nömrəli Uşaq Musiqi məktəbində tar müəllimi və xalq çalığı alətləri şöbəsinin müdiri, 1976-1977-ci illərdə Lerik rayon Uşaq Musiqi məktəbinin direktoru, 1977-1994-cü illərdə Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyi Mədəniyyət işçiləri ixtisasartırma kursunun direktor müavini vəzifələrində işləyib. 1995-ci ildə Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri alıb.

Bu arada, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Detaşe” violinoçular ansamblının rəhbəri Xalq artisti professor Zəhra Quliyevanın tələbələri Səbinə Muradovanın müşayiəti ilə Yusif Vəliyevin xatirəsinə həsr olunmuş musiqi nümunələri təqdim edib.

Vida mərasimində professor Siyavuş Kərimi,  Birliyə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli, şərqşünas Seyid Camal Əzimbəyli və bir çox məşhur simalar qatılıb. 

Qeyd edək ki, Yusif Vəliyev məşhur QHT rəhbəri, "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəylinin dayısıdır.

Allah rəhmət eləsin!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO
Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Marketə saxta əsginas verən iki qadın saxlanıldı