Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54545
az

Sərhəddə gərginlik yaratmaqla istəyirlər ki, Rusiya... - Türk GENERALDAN SENSASİYA

21:3727 May, 2021
2451
ÖZƏL BÖLÜM
  • A

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Publika.az-a müsahibə verib.

Y.Karauz müsahibəsində Son günlər Ermənistan-Azərbaycan sərhəd zolağında iki ölkənin hərbi qüvvələri arasında yaşanan gərginliklərdən danışıb. O, mayın 12-də Qaragöl istiqamətində başlayan və hələ də davam edən gərginliklərin hansı hədəflərə söykəndiyini açıqlayıb. Y.Karauz sərhədlərin delimitasiya və demarkasiyası prosesinin getdiyi bir vaxtda bu cür halların yaşanmasında Ermənistanın bir sıra planlının olduğunu bildirir.

General-mayor Yücel Karauzun bu istiqamətdə yaranan suallara aydınlıq gətirdiyi müsahibəni təqdim edirik:

- Cənab general, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya işləri son günlər bir sıra narahatlıqlara səbəb olub, sərhəddə gərginlik yaşanır. Ermənistan tərəfi müəyyən problemlər yaratmağa başlayıb. Sizcə, Azərbaycan-Ermənistan sərhədində əslində nə baş verir?

- 10 noyabr üçtərəfli bəyannaməsi həm də atəşkəs razılaşması idi. Bu atəşkəs anlaşmasının bütün xüsusiyyətləri əhatə etməsi mümkün deyil. Ancaq orada yazılanların xaricində ölkələr bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyi və sərhədlərinə uyğun hərəkət etməyi qəbul ediblər. Lakin Ermənistan tərəfi həm 30 illik müddətdə davam etdirdiyi işğalçılıq fəaliyyəti ilə, həm də beynəlxalq hüquq normaları çərçivəsində müəyyən edilən iki ölkənin sərhədlərini təhrif edərək, mövcud olan sərhədləri fərqli şəkildə göstərərək Azərbaycanı Ermənistan torpaqlarını işğal edən işğalçı bir dövlət olaraq göstərməyə çalışır. Dolayısı ilə bu fəaliyyət 12 iyuldan sonrakı müddət, 27 sentyabrdan başlayaraq 44 günlük Vətən müharibəsi boyunca söylədikləri yalan və böhtanlar, öz haqsızlıqlarını və qanunsuz işğalını Azərbaycanın üstünə atmaq, beynəlxalq aləmin diqqətini buraya yönəltmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində o ölkələrin bu proseslərə müdaxiləsini təmin etmək cəhdinin davamıdır. Bu, seçkilərə qədər də artaraq davam edəcək. Çünki terror dövləti olan Ermənistan Vətən müharibəsindəki məğlubiyyətindən sonra dövlət, millət və ordu olaraq travmadan özlərini xilas edə bilmirlər.

- Ermənistan tərəfi qeyri-döyüş şəraitində ölən hərbi qulluqçunun cəsədindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Ermənilərin bu addımın arxasında əslində nə dayanır?

- Ermənistan tərəfi ölən hərbçisinin Azərbaycan Ordusu tərəfindən vurulduğunu iddia edərək Azərbaycanı terrorçu və təcavüzkar bir dövlət kimi göstərməyə çalışır. Ermənilər özlərini yazıq, günahsız obrazında göstərərək beynəlxalq ictimaiyyətin Azərbaycan dövlətinə təzyiq göstərməsini, 10 noyabr razılaşması çərçivəsində açılacaq Zəngəzur dəhlizi daxil olmaqla, bütün fəaliyyətləri yavaşlatmaq, seçkilərə qədər vaxt qazanmaq istəyirlər. Eyni zamanda yoxsulluq və səfalət içərisində yaşayan insanlara bu cür fəaliyyətlərlə təzyiq göstərməyə və mövcud travmanı ört-basdır etməyə çalışırlar.

 

- Bütün bu proseslər Ermənistanda seçki öncəsi baş verir. Yəni, Ermənistan əslində daxili məsələlərini sərhədə daşıyıb. Sizcə, bu baxımdan ermənilərin məqsədi nə ola bilər? Bütün bu halları Ermənistanda seçkiyə mane olmaq və Paşinyanın qələbəsinin qarşısını almaq cəhdi hesab edə bilərikmi?

- Əlimizdə olan mövcud detallar deməyə imkan verir ki, iyun ayında keçiriləcək seçkiləri Nikol Paşinyan qazancaq. Dolayısı ilə Paşinyanın qələbə qazanmasını istəməyən keçmiş terror fəaliyyətlərini Birinci Qarabağ savaşından etibarən davam etdirən Dağlıq Qarabağ klanı atəşkəs razılaşmasından sonra sülh müqaviləsinin qarşısını almaq üçün ordu içərisində olan öz qüvvələridən istifadə edirlər. Onlar ordudakı adamları vasitəsilə sülhün və təhlükəsizliyin qarşısını almaq, açılacaq Zəngəzur dəhlizi ilə təmin olunacaq enerjinin təhlükəsizliyi, iqtisadiyyat və digər imkanlarla bölgəyə sülh, əmin-amanlıq, təhlükəsizlik və iqtisadi yüksəlişi gətirəcək layihəni gecikdirmək niyyətindədirlər. Eyni zamanda digər bir niyyətləri isə bu təzyiqlərlə Paşinyanın ölkəni idarə edə bilmədiyi bəhanəsi ilə və seçki zamanı təhlükəsizliyin ortadan qaldırıldığını düşünərək seçkiləri təxirə salmaq üçün bu işdəki yoxsul xalqın diqqətini Azərbaycanın üzərinə bir təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər.

- Görünən odur ki, bu proseslər həm də onu göstərir ki, ermənilər regionda üçüncü ölkələrin aktivləşməsini istəyirlər. Onlar KTMT, həmçinin digər beynəlxalq təşkilatları proseslərə qoşmaq istəyirlər. Sizcə, ola bilərmi ki, Ermənistan KTMT-ni bura cəlb edərək Azərbaycanal Rusiyanı, eyni zamanda Moskva il Ankaranı üz-üzə qoymaq istəsin? Bu baxımdan hədəfləri nə ola bilər?

- Ermənistanın bu niyyəti ilk olaraq Rusiyanı öz tərəfinə çəkməkdir. İkinci məqsədləri isə Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı çərçivəsində hər cür mənəvi və müdafiə sənayesi imkanlarını Azərbaycanın dəstəyinə verən Türkiyənin bu proseslərdən yaşayacağı rahatsızlıq nəticəsində Türkiyə və Rusiya əlaqələrinin gərginləşməsinə nail olmaq istəyirlər. Moskva meydana gələn sərhəd problemində iki ölkə arasında vasitəçi ola biləcəklərini açıqlayıb. Ancaq 10 noyabr bəyannaməsinə görə atəşkəs anlaşması çərçivəsində həyata keçiriləcək tədbirlər üçün komissiyalar şəklində çalışma üsulu təyin edilib. Sərhəd prosesləri isə əslində tarixi Azərbaycan torpaqları daxilində və 1920-ci illərdə sovet xəritələrində ifadə edildiyi kimi və təyin edilən Azərbaycanın hüquqi baxımdan haqqı olan torpaqlarında icra edilməkdədir. Buna görə də heç bir ölkənin bu kimi məsələlərdə bu anlamda vasitəçiliyinə gərək yoxdur. Xüsusilə də yalnız Rusiyanın vasitəçilik etməsi məsələni fərqli bir duruma gətirə bilər. Əgər anlaşılmazlığı qəbullanan varsa, mütləq ATƏT-in Minsk Qrupu və ya BMT-nin nəzarətində bu məsələlər öz həllini tapmalı, Azərbaycan Ermənistan sərhədi təyin edilməlidir. Sadəcə Rusiya çərçivəsində həyata keçirilə biləcək vasitəçiliyə imkan verilməməlidir.

- Bu proseslərdə maraqlı olan başqa qüvvələr varmı? ABŞ, Fransa kimi ermənipərəst ölkələrin sözügedən məsələdə müdaxilələri ola bilərmi?

- Hazırda ABŞ öz daxillərindəki problemlərlə məşğul olduğu üçün, Ermənistan-Azərbaycan sərhədindəki proseslərə o qədər də müdaxilə etdiyini düşünmürəm. Ancaq Fransa bu savaşda məğlub olan tərəfdə olduğuna görə, eyni zamanda növbəti il Fransada keçiriləcək seçkilərdən dolayı daxildəki ermənilərə və erməni diasporuna xoş görünmək üçün Ermənistan tərəfini davamlı olaraq qızışdırmaqda və Azərbaycanı təzyiq altına alan bəyanatlar verməkdə davam edirlər. Təbii ki, ABŞ dövlət olaraq olmasa belə, Amerikadakı, Kanadadakı erməni diasporu və Fransa Ermənistanı bu istiqamətdə cəsarətləndirirlər.

- Qaragöl ətrafında olan təxribatları ermənilər Qarabağın daxilinə daşıyıb. Bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Kəlbəcər və Şuşa istiqamətində atəşkəsi pozduğuna dair məlumat yaydı. Bizim tərəfimizdən isə heç bir cavab atəşi açılmayıb. Azərbaycan bu gedişlə Qarabağdakı silahlı qanunsuz birləşmələri neytrallaşdırmaq üçün anti-terror əməliyyatlarına başlaya bilərmi? Bunun olma ehtimalı nə qədərdir?

- 10 noyabr bəyannaməsinə görə, Qarabağdakı silahlı erməni qüvvələrinin tərk-silah ediməsi və oradakı hərbi varlığın sonlandırılması lazımdır. Bu isə tam olaraq yerinə yetirilməyib. Bütün bunlardan qaynaqlı və iki gündür meydana gələn bir sıra proseslər, xüsusilə də Şuşa istiqamətində atəşin açılması erməni terrorçu qruplarının təsiri və etdiyi fəaliyyətlər ola bilər. Rus sülhməramlıları bu bölgədəki terrorçu qrupların tərk-silah edilməsi prosesini sürətləndiriməlidir. Əgər bu fəaliyyətlər seçkilərə qədər və ya 10 noyabr müqaviləsində təyin edilən razılaşmaları, açılacaq dəhlizləri gecikdirmək və ya əngəl yaratmaq istiqamətində olarsa qarşısı alınmalıdır. Həmçinin Hadrutda olduğu kimi, Azərbaycan əsgərinə və torpaqlarına qarşı bir təcavüz fəaliyyəti göstərməyə cəhd edərlərsə, Azərbaycan ordusu və dövləti misli ilə qarşılıq vermək və onları təsirsiz hala gətirmək, tərk-silah etmək məcburiyyətindədir. Bunun yaxın zamanda olması gündəm mövzusu olamamaqla bərabər, Ermənistan ağlını başına toplamadığı, for-post və əlaltılıq mövqeyindən əl çəkmədiyi təqdirdə əsl həll yolu Azərbaycan Ordusunun ölkə ərazisinə atəş açılan və təcavüz edilən fəaliyyətlərə qarşı artıqlaması ilə cavab verməsi, qarşı tərəfi təsirsiz hala gətirməsi və tərk-silah etməsi müzakirə mövzusudur.

- Sizcə, Ermənistan tərəfinin sərhəddəki təxribatlarının davamı olacaqmı?

- Bu təxribatlar artan bir şəkildə Ermənistanda seçkilərə qədər davam edəcək. Çünki görünən odur ki, Nikol Paşinyanın seçkilərdə yenidən qələbə qazanması ehtimalına qarşı keçmiş Dağlıq Qarabağ klanı şəxsi mənfəətlərinin ortadan qalxması ilə nəticələnəcək olan bu yeni durumdan narahatdır. Eyni zamanda ordu içərisindəki fərqli düşüncələrlə Dağlıq Qarabağ klanının təsiri altında olan qruplar bu fəaliyyətləri davam etdirəcəklər. Həmçinin məğlubiyyətin gətirdiyi dövlət travması və şok vəziyyətindən Ermənistan dövlətinin və xalqının yoxsulluq və səfalət halının ört-basdır edilməsi, bir növ gözdən pərdə asmaq niyyətindən də istifadə edilməkdədir. İnsanları küçələrdə ac vəziyyətdə cəbhəyə övladını göndərməmək mövqeyində olan və sadəcə ölkə xaricindən gələcək iqtisadi yardımlara bel bağlayan Ermənistan üçün bölgədə yeni bir təsəvvür yaratmaq ölkənin daxili siyasətində xalqın bu şəkildə başını qatmasına yönəlib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Metroda qadının    pulqabısı     oğurlandı