Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5452
az

Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

14:3323 Sentyabr, 2018
1007
CƏMİYYƏT
  • A
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış,  bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olmuşdur.

Yağış: Bakıda 21.0 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm)  olmuşdur.

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 23-də

Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarekterli olacağı, şimşək

çaxacağı ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s.

Havanın temperaturu  gündüz  22-24°, axşam 20° isti  təşkil edəcək.

Sentyabrın 24-də

Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə

yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz.

Şimal-şərq küləyi 3-8 m/s.

Havanın temperaturu gecə 16-19°, gündüz  23-26° isti təşkil edəcək.

Xəbərdarlıq

Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 23-də

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz  13-18° isti təşkil edəcək.

Xəbərdarlıq

Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.  Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Havanın temperaturu 3-5° aşağı enəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi