Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54473
az

Məscidlərdə ibadət necə təşkil olunacaq?

22:5225 May, 2021
1724
CƏMİYYƏT
  • A

"Sosial məsafə saxlamaq, maska taxmaq və digər gigiyenik qaydalara əməl etmək şərtilə ibadət yerləri iyunun 10-dan etibarən fəaliyyətə başlayacaq. Artıq bununla bağlı məscidlərdə təmizlik işlərinə start verilib".

OXU24.COM bildirir ki, bunu qafqazinfoya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli deyib. O, Operativ Qərargahın bugünkü brifinqdə ibadət yerlərinin açılması ilə bağlı son qərarını alqışladığını bildirib:

"Bu çox sevindirici haldır ki, bir ildən artıq müddətə bağlı olan ibadət yerləri açıldı. Hər bir inanclı insan bunu gözləyirdi. Bu, bir daha dualarımızın Allah tərəfindən qəbul olunmasıdır. Məscidlərimiz insanların duaları, nəfəsi üçün darıxmışdı. Artıq ibadət yerlərində ölkəmiz, xalqımız üçün dualar edəcəyik. Allah-təala dövlətimzi çiçəkləndirsin, dövlətimizi qorusun".

Hacı Surxay Məmmədli, həmçinin qeyd edib ki, məscidlərdə ibadət edənlər arasında 1 metr ara məsafəsi saxlanılacaq: "Gigiyenik qaydalara əməl olunma şərti ilə ibadət yerləri açılacaq, ara məsafəsi saxlanılacaq, maskadan istifadə olunacaq. İçərişəhər Cümə Məscidində 400 insan ibadət edib namaz qılırdısa, indi 100-ə yaxın insan ara məsafəni 1 metr saxlamaqla dini ayinləri yerinə yetirəcəklər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı