Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54372
az

İdmanda şok hadisə: 21 nəfər idmançı öldü

10:2723 May, 2021
1300
SON DƏQİQƏ
  • A

Çinin Qansu əyalətində 100 km-lik ultramarafon zamanı 21 idmançı donaraq ölüb.

Oxu24.com -un  məlumatına görə, yüksək dağlıq əraziyə marafon mayın 22-də səhər vaxtı günəşli havada start götürüb. Lakin yerli vaxtla saat 13:00-da hava şəraiti kəskin dəyişib, buz yağışı, dolu və qasırğa küləyi başlayıb.

Temperatur kəskin aşağı düşdükdə qaçışçıların bəziləri havaların soyuduğu barədə məlumat verib, digərləri isə itkin düşüblər. Təşkilatçılar yarışı ləğv ediblər və çətin əraziyə hərtərəfli axtarışlardan ötrü 1 200 nəfərlik axtarış qrupu ayırıblar. Axtarış işləri hətta qaranlıq düşdükdən sonra da davam edib.

172 iştirakçıdan 151-i sağ qalıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib. 21 nəfər isə ölü halda tapılıb.

Qeyd edək ki, ölənlər arasında iki milli rekordun sahibi Lyan Tszin də olub. O, 2014-cü ildə 149,51 km, 2018-ci ildə isə 151,2 km məsafəni qət edərək, ölkə səviyyəsində ən yüksək nailiyyətə imza atıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı