Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5436
az

Son Dəqiqə: Dənizdən dəhşətli xəbər gəldi - 126 ölü var

18:5222 Sentyabr, 2018
1232
  • A
 Tanzaniyada sərnişin bərəsinin Viktoriya gölündə batması nəticəsində azı 126 nəfər həlak olub.

Bu barədə Tanzaniyanın nəqliyyat naziri İsaak Kamvelv məlumat yayıb. Məlumatda qeyd olunur ki, təcili xidmətlərin əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirirlər.

Qəza zamanı bərənin göyərtəsində olan sərnişinlərin dəqiq sayını indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, faciə qurbanlarının sayı 200-ü ötə bilər. Belə bərələr adətən yüzlərlə insan daşıyır və çox vaxt həddən artıq yüklənir.

Xilasetmə əməliyyatlarının iki günü ərzində batmış gəmidən 37 nəfər xilas edilib. Yerli hakimiyyət orqanları ölənlər arasında xarici ölkə vətəndaşlarının olmadığını bildirirlər.

Xatırladaq ki, bərə sentyabrın 20-də Yukora adasından 50 metr məsafədə qəzaya uğrayaraq batıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto