Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54249
az

SON DƏQİQƏ! Paşinyan bu ərazilərin Azərbaycana qaytarılacağını təsdiqlədi

13:3220 May, 2021
3537
ÖZƏL BÖLÜM
  • A

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan mühüm açıqlama verib.

OXU24.COM  modern.az-a istinadən xəbər verir ki, hökumət başçısı Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalanacağını təsdiqləyib.

Nikol Paşinyan bu barədə məlumatı ilk yayan şəxsi - Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyanı da tənqid edib.

"Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?”- deyə Paşinyan sual edib.

Xatırladaq ki, Mikael Minasyan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını qeyd etmişdi.

Minasyan Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmağı nəzərdə tutan, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələləri üzrə birgə komissiyanın yaradılması barədə yayılan xəbərləri təsdiq edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi