Azərbaycanda yeni sayt yaradılıb.
Bu barədə Oxu24.com-a yeni saytın yaradıcısı jurnalist Hafiz Əhmədov məlumat verib.
O bildirib ki, bu işi həyata keçirərkən ailəsindən başqa kimsənin dəstəyini qəbul etməyib.
“Bütün maliyyə xərclərini ailəm çəkib. Düzü, çox təkliflər olsa da, qəbul etmədim. Kimsədən, hansısa qurumdan asılı olmaq fikrim yoxdur. Gələn həftədən etibarən dünyanın ən məşhur şəxsləri ilə müsahibələrim yayımlanacaq. Müsahibələrimin çoxu Amerika, Avropa ölkələrindəndir. Özəl müsahibə, reportaj və araşdırmalar olacaq”.
Hafiz Əhmədov bildirib ki, yaratdığı HafizTimes.com saytında sırf xəbər olmayacaq.
“Xəbər tutumlu mətbuat orqanı olmayacaq. Saytı türkiyəli mütəxəssislər Qərb mətbuatı dizaynında hazırlayıblar. Hər kəs məni çalışdığım mətbuat orqanına görə deyil, məhz öz adıma görə tanıyır. İstədim ki, böyük əmək, əziyyətlə başa gələn yazılarım yalnız öz adımla yayımlansın.
Hələ ki, yalnız öz yazılarımı yayımlayacam. Mənim arxivdə çox önəmli müsahibə araşdırmalarım var. Onları yenidən yayımlayacam”.
O, ofisinin olub-olmayacağı barədə də söz açıb.
“Saytı hələ ki, rayondan (Tovuz) idarə edəcəyəm. Bakıda qalmağa imkan yoxdur. Gələcəkdə hər şey yoluna düşər. Hələ ki, kənddə oturub dünyanın ən böyük şəxsiyyətlərini Azərbaycan oxucusunun qarışısına gətirəcəyəm”. Oxu24.com
ŞƏRHLƏR