Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına (RF) rəsmi səfəri başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Baş Nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.
Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.
Qeyd edək ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.
Oxu24.com
ŞƏRHLƏR