Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5417
az

4 övlad atası,51 yaşlı generalın həyat yolu

10:4622 Sentyabr, 2018
2703
SİYASƏT
  • A
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin doğum günüdür.

Oxu24.com -un məlumatına görə, Elçin İsağa oğlu Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1974-1982-ci illərdə Sumqayıtda 20 və 23 saylı məktəblərdə orta təhsil alıb, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət edib, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləyib.

27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək milli təhlükəsizlik nazirinin (Keçmiş MTN) müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.

Prezidentin 31 iyul 2002-ci il tarixli 743 nömrəli fərmanı ilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib, 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışıb.

Ölkə başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. E.Quliyevə prezidentin 15 avqust 2001-ci il tarixli fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Bu il avqustun 16-da ölkə başçısının imzaladığı sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Quliyev Elçin İsağa oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, E.Quliyev 2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Ailəlidir, dörd övladı var.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO
Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatdı

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR