Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54137
az

XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU

22:3016 May, 2021
3069
HƏRBİ
  • A

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artist Nigar Şabanova Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanıb.

Oxu24.com sherq.az-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı öz instaqram səhifəsində qısa açıqlama yaydıqdan sonra həmin şəxsin kimliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Bundan sonra Şabanovanın bu ilin yanvarında "Həmin Zaur" proqramında qonaq olduğu buraxılış gündəmə gəlib.

Belə ki, verilişdə aparıcı Zaur Kamal bildirib ki, adını bilmədiyi şəxs televiziyaya gül buketi gətirərək Əməkdar artistə verilməsini istəyib. Həmçinin o, göndərdiyi açıqcada "XTQ-nin yaralı hərbçisi ilə evlənərsizmi?", - deyə soruşub.

Nigar əvvəlcə bunun proqram heyəti tərəfindən qurma olduğunu iddia edib. Lakin daha sonra həmin şəxsin kim olduğunu təxmin etdiyini vurğulayıb:

"Bəlkə də o deyil, təxmin edirəm. O insan mənə yox, ailə üzvlərimə deyib. Fikri ciddidir. Hər bir qadının fəxri olar ki, hərbçi xanımı olsun. Hər zaman demişəm ki, pilot, gəmiçi və hərbçinin xanımı olmaram. Ona görə ki, xanımları onlardan qat-qat güclü olmalıdır. Çox həssas və ailəyə bağlı insanam. Elə biri ilə ailə qursam, sənəti belə unudar, daim onu düşünərəm. Onların həyatı çox ağırdır. Ən yaxşı xanımlara layiqdirlər".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR