Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54085
az

MÜTLƏQ OXUYUN! Qohum evliliyinin gətirdiyi dəhşətli RİSKLƏR

16:1115 May, 2021
6692
TİBB
  • A

Azərbaycanda qohum evliliyinə bağlı hamiləlik, doğuş və irsi risklər çoxdur.

AFGEN genetik mərkəzin həkimləri daha çox rast gəlinən riskləri təqdim edir:

Qohum evliliyinin gətirdiyi risklər nələrdir

Ölü doğum

Normal evliliklərdəki ölü doğum riski 1,4 %-ikən, qohum evliliklərində bu risk ikiyə qatlanaraq 2,14% olur.

Düşük

Normal evliliklərdə düşük riski 5,21 % olurkən, qohum evliliyində bu risk 10,55 %-ə çıxır.

✅Doğum qüsurları

➡️ Klinik hal
1-ci dərəcədən qohum evliliyi etmiş və çoxsaylı qüsurlara sahib övladı (biri qız, digəri oğlan) olan bir ailə sağlam körpə planlamaq məqsədi ilə mərkəzimizə müraciət etdi. Ailə anemnezi genetik konsultantımız tərəfindən diqqətli bir şəkildə toplandı və pasiyentlərdən klassik kariotip analizi götürüldü.

Uşaqların klinik əlamətləri aşağıdaki kimidir:

✓ Psixomotor və fiziki inkişafın kobud ləngiməsi (6 aylığından etibarən)

✓ Gözlərdə glaukoma, internal strabismus və optik sinirlərin atrofiyası

✓ Uşaq serebral iflici (astonik astatik forma)

✓ İştah əksikliyi və qidalanma çətinliyi (çeynəmə və udqunma zəifdir)

✓ Başda mikrosefaliya

✓ Dismorfik üz quruluşu

✓ Əzələdə hipotoniya vəziyyəti

✓ Davranış və yuxu pozğunluğu (Autizm spektrum bənzəri davranışlar, Hiperaktivlik, Diqqət əksikliyi)

✓ Epilepsiya

Klassik kariotip analizinin nəticəsi
¶ 46, XY (dup 7q21)(dup 1q11-12)

¶ 46, XX (dup 7q21)

Ümumiyyətlə həm 1-ci, həm də 7-ci xromosomun duplikasiyası (kopya sayı artışı) nadir genetik dəyişiklik olaraq qəbul edilir.

Hər iki genetik dəyişiklik adətən ciddi inkişaf geriliyinə və çoxsaylı doğuş qüsurlarına səbəb olur.????

Ailəyə analiz nəticələrinə əsasən düzgün genetik konsultasiya verildi və ailə növbəti hamiləliklər üçün prenatal diaqnostikanın vacib olduğu haqqında məlumatlandırıldı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Meymunçiçəyinə yoluxan şəxsin     vəziyyəti   açıqlandı
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib