Fransa prezidenti Emmanuel Makron diplomatiyanın, siyasətin, dövlətlərarası münasibətlərin bütün yazılmış, habelə yazılmamış qaydalarını pozmağa davam edir.
Ermənidən artıq erməni olduğunu göstərməyə çalışan E.Makronun sosial şəbəkələrdəki rəsmi profillərində erməni dilində belə açıqlama paylaşılıb:
"Azərbaycanın Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olublar. Onlar dərhal geri çəkilməlidir. Bir daha erməni xalqına müraciət edirəm: Fransa sizinlə həmrəydir və belə olmağa davam edəcək".
Daha sonra o, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefonla danışıb. Danışıq əsnasında Makron bəyan edib: "Bir daha təkrar edirəm ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisindən dərhal çıxarılmalıdır. Fransa regiondakı durumun stabilləşməsi üçün gərgin vəziyyətin BMT Təhlükəsizlik Şurası çərçivəsində nizamlanmasını arzulayır".
Göründüyü kimi, ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 10-da başa çatan 44 günlük İkinci Qarabağ Müharibəsində və sonrakı situasiyada ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri kimi bölgədəki olaylara təsir imkanlarını tam itirən Fransa indi yenidən Cənubi Qafqazda aktivləşmək niyyətindədir.
Oxu24.com
ŞƏRHLƏR