“SOCAR-la bağlı indiyə qədər sirr saxlanılan çox vacib məlumatı sizinlə bölüşürəm”.
Oxu24.com xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu özünün facebook səhifsəində bildirib.
O, daha sonra yazıb:
“Hər kəsə məlumdur ki, SOCAR-da 1 prezident, 12 vitse-prezident var. Hər vitse-prezidentin ayrıca 1 müavini, 1 müşaviri və 1 referenti vardır.
SOCAR prezidenti Rövnəq Abdullayevin isə 7 müşaviri vardır. Aylıq əməkhaqqları da 4500-5000 manat arasında dəyişir. Rövnəq Abdullayevin özünün aylıq əmək haqqı 7 min 890 manatdır, bu məbləğ orta aylıq əmək aqqından 11,5 dəfə, median əmək haqqından 23 dəfə, minimum əmək haqqından 32 dəfə, yaşayış minimumunun dəyərindən isə 40 dəfə çoxdur.
Onun və vitse-prezidentlərin aylıq əməkhaqqı cədvəlini foto bölməsində təqdim edirəm.
Əslində bu məlumatlar internetdən əlçatan olmalıdır. Çünki SOCAR dövlət şirkətidir. Gözlədik, özləri açıqlamadı, ona görə BİZ dərc edirik.
P.S. Mövzunun müzakirəsini daha geniş detalları və təhlillərlə BİZ TV-də davam etdirəcəyik”.
Oxu24.com
ŞƏRHLƏR