Bakıda ağır yol qəzası baş verib.Hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb.
Belə ki, “Hyundai Elantra” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub.
Bunu “Report”a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: “Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.
Hadisənin videogörüntülərini
buradan izləyə bilərsiniz.
Ürəyi zəif olanlar baxmasın!
Oxu24.com
ŞƏRHLƏR