Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53816
az

SON DƏQİQƏ! Xəbərdarlıq edildi:Təhlükəli hidrometeoroloji hadisə gözlənilir

17:4608 May, 2021
18897
SON DƏQİQƏ
  • A

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Nazirlikdən Oxu24.com-a  verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, Xəzər dəniz akvatoriyasında mayın 9-u axşamdan başlayaraq Orta Xəzərdə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.5-5.5 metrə qədər artması proqnozlaşdırılır.

Hava şəraitinə uyğun olaraq, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinin təcrübəli kapitanları tərəfindən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində məlumatlandırılacaq. Bununla yanaşı, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçiriləcək.

Eyni zamanda gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş mühəndis vəfat etdi
TƏCİLİ XƏBƏR! Helikopterdə olan şəxs zəng etdi
Rəisinin helikopteri tapılıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb