Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53807
az

Koronavirusdan sonra qoxu hissini bərpa etməyin effektiv yolu

20:3307 May, 2021
3988
CƏMİYYƏT
  • A

Beynəlxalq tədqiqatçı qrupu KOVID-19 virusundan sağaldıqdan sonra iybilmə hissini itirmiş xəstələrin bərpası üçün kortikosteroid dərmanlarından istifadə etməməli qənaətinə gəlib. Mütəxəssislər gündə iki dəfə ən azı dörd güclü qoxu ilə burnu məşq etdirməyi tövsiyə edir. Alimlər elmi ədəbiyyata sistematik baxış keçirərək, qoxu disfunksiyası olan insanlar üçün tez-tez təyin olunan kortikosteroidlərin faydasız olduğunu və bu preparatların adətən soyuqdəymə vaxtı burnu tutulmuş və ya iltihabı olan xəstələrə kömək edə biləcəyini qeyd edir.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, koronavirusa yoluxma zamanı, sinir sisteminin zədələnməsi səbəbindən iybilmə itkisi baş verir və əvvəlki tədqiqatlar bu hallarda bu cür dərmanların effektivliyini göstərməyib. Bundan əlavə, kortikosteroidlərin istifadəsi yan təsirlərlə malikdir, iybilmə hissi isə, çox vaxt dərman qəbul etmədən özü qayıdır. Eyni zamanda, iybilmə hissini bərpa etmək üçün burnu məşq etdirmək bərpa prosesini daha da sürətləndirə bilər. Xəstələrə ümumiyyətlə bunun üçün dörd qoxu mənbəyi istifadə etmələri tövsiyə olunur: mixək, qızılgül, limon və evkalipt. Daha yaxşı nəticə üçün qoxular 12 həftədən bir dəyişdirilməlidir. Eyni zamanda ətirlərdən, sitrus meyvələrinin soyulmuş qabıqlarından, vanil və ya üyüdülmüş qəhvədən də istifadə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi