Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53802
az

"Ehtiyacları olsa belə, kasıblara əl tutardı" - FOTO

19:5007 May, 2021
2842
CƏMİYYƏT
  • A

"Arif Quliyev çox xeyirxah insan idi. Öz ehtiyacları olsa belə, kasıblara hər zaman əl tutmağı bacarırdı. Hətta mənə də bu həyatda ilk ruzini Arif Quliyev verib. Konservatoriyanın ikinci kurs tələbəsi olarkən, bayram ərəfəsində Arif müəllim mənim üçün bazarlıq edib, pul vermişdi. Həmin vaxt çox sevinmişdim, çünki iki uşaqla anamın yanında qalan ərsiz bir tələbə idim".

Oxu24.com xəbər vrir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib. Mərhum Xalq artisti Arif Quliyevdən danışan müğənni onunla bağlı xatirələrini bölüşüb:

"Bir dəfə də aktyorlar evinin ofisində idik. Mənə zəng gəldi, onun yanında açıb danışdım. Ağsudan olan əlil bir uşaq idi, tez-tez mənə zəng edərək, imkansız olduğunu deyərək xalça, televizor istəyirdi. Bunları eşidən Arif Quliyev tez köməkçisini çağırdı və dedi ki, bu televizoru təcili o ünvana çatdırın. Öz televizoru təzə idi, göndərdi onlara.

İnsanları güldürmək asan bir iş deyil. Aktyor əgər insanı güldürürsə, sənəti ilə güldürür. Buna baxmayaraq, o, həyatda çox ciddi adam idi. Özünə dəyər verən insan idi.

Biz Arif Quliyevlə çox yaxın idik. Orucluqdan qabaq görüşmüşdük, xəstəxanaya getmədən öncə də mənə zəng etmişdi. Arif müəllimin bu yaxınlarda 70 illik yubileyi oldu, amma karantinə görə qeyd edə bilmədi. Böyük səbirsizliklə gözləyirdi ki, pandemiya bitsin və yubileyi qeyd olunsun. İnşallah, o, hər zaman yad olunacaq.

Belə insanların vəfat etməsi ilə sanki dünya boşalır. Dəyərli insanlar evdən yox, eldən gedəndə dünya boşalır. Allah ruhun şad etsin, Allah rəhmət etsin. Balalarına can sağlığı arzulayıram".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb