Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.
Oxu24.com Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə bu il görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.
Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.
Pambığın 1 tonunun alış qiymətinin 50 manat artırılması ilə pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 mln. manatdan çox qazanc əldə etməsi gözlənilir. Oxu24.com
ŞƏRHLƏR