Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
537
az

Afaqa diplom hazırlayan YAP-çı cəzalandırıldı - FOTO

12:2812 Aprel, 2018
918
ŞOU-BİZNES
  • A
 

YAP Xəzər Rayon Təşkilatı müğənni Afaq Aslanı fəxri diplomla təltif edib.

Oxu24.com Kult.az-a iatinadən xəbər verir ki, təşkilat müğənnini YAP-ın namizədi İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə diploma layiq görüb.

Amma mətndə ciddi nöqsana yol verilib. Belə ki, YAP Xəzər RT diplomda “kampaniya” əvəzinə “kompaniya” yazıb.

Zəruri olaraq xatırladaq ki, kampaniya - hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlərdir, kompaniya isə şirkət və ya mərasim sözlərinin sinonimi kimi işlənə bilir.

***

YAP-ın Xəzər Rayon Təşkilatından cavab olaraq bildirilib ki, müğənni Afaq Aslana İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə təqdim edilən diplomda yol verilən xəta texniki səhvdir:

“Diplomdakı səhvlə bağlı təşkilata məlumat verilib və bu səhvə görə məsul şəxs uyğun şəkildə cəzasını alıb”, - təşkilatdan bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, mətbuatın belə kiçik səhvi böyütməməsini arzu edirlər.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Özbək ifaçının “Bayatı-Şiraz”ı hamını ovsunladı -VIDEO
İbrahim Tatlısəs əməliyyat oldu: vəziyyəti açıqlandı
İbrahim Tatlısəs reanimasiyaya yerləşdirildi - SON DƏQİQƏ

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı