Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5365
az

SON DƏQİQƏ: DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ NÖVBƏTİ RÜŞVƏT QALMAQALI

00:0520 Sentyabr, 2018
1862
  • A
Dövlət Gömrük Komitəsinin (DGK) inspektoru Pərviz Hüseynov rüşvətə görə vəzifəsindən azad edilib.

Oxu24.com xəbər verir ki, bu barədə redaksiyamıza məlumat DGK-dəki mənbələrdən daxil olub.Məlumata görə, Dövlət Gömrük Komitəsinə gömrük əməkdaşının vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ölkə ərazisinə qanunsuz yollarla malların idxal olunmasında vasitəçilik etməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxil olan məlumat əsasında Komitənin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin daşınmasını həyata keçirən "Lüks İstanbul" firmasına məxsus "Mersedes Benz travego" markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusu Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətini keçdikdən sonra saxlanılıb və təkrar gömrük nəzarətinə cəlb edilib. Yoxlama zamanı sərnişin avtobusunun yük yerində gömrük orqanlarında idxal olunması qeydə alınmayan "metal borular" adlı mallar aşkar olunub. Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu ilə sorğu-sual aparılaraq müəyyən edilib ki, o həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Hüseynov Pərviz Bəhruz oğlu ilə sövdələşib və bunun müqabilində Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb.

Məlumata görə,Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin əmrinə əsasən, Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə müvafiq sənədlər tərtib olunaraq vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşı barəsində xidməti araşdırmaya başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb