Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5356
az

Azadlığa buraxılan məhkumun sevincdən ürəyi getdi – Azərbaycanda

17:3319 Sentyabr, 2018
1344
MARAQLI
  • A
 Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb.

Oxu24.com Report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimova bəraət verilib.

Məhkəmənin bəraət qərarını eşidən E.İbrahimov özündən gedib. Daha sonra onu ayıldıblar. E.İbrahimov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb, xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.

Amma E.İbrahimov bununla razılaşmır, heç kimi öldürmədiyini deyirdi.

Qeyd edək ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilirdi. Oxu24.com

ŞƏRHLƏR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı