Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53540
az

“Manatın devalvasiyası qaçılmazdır” - Açıqlama

00:3402 May, 2021
4805
İQTİSADİYYAT
  • A

“Mərkəzi Bankın pulun üzərində diktaturanı inzibati yollarla gücləndirmək siyasəti Azərbaycana xarici sərmayə qoyuluşunda maneələri daha da artırır. Belə ki, ötən ilin əvvəlindən başlayaraq, hər bir Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi. 12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı, onlara tezliklə balansın sıfırlanacaqı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi. Lakin 12 ay müddəti başa çatsa da, limiti aşan vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır. Belə yanaşma əhali arasında dollar ajiotajı yaradır, qara valyuta bazarları yenidən aktivləşir, devalvasiya söhbətləri də artır”.

Oxu24.com-un xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

“Görünür ki, Mərkəzi Bank bununla əhalinin dollara tələbatını süni sürətdə aşağı salır. Əslində əhali arasında dollara tələbat pandemiya ilə əlaqədar olaraq xarici səfərlərin azalması səbəbindən aşağıdır. Bəs, onda Mərkəzi Bank nədən narahatdır? Bu il Azərbaycanda xarici borclara xidmət üzrə öhdəliklərinin bütün səviyyələrdə (dövlət, özəl) kəskin artımı müşahidə olunur. Bu tendensiya növbəti illərdə daha da güclənəcək. Odur ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə zamanın məsələsidir”, - deyə Q.İbadoğlu qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Artımlar özəl sektoru da əhatə edəcək - Vüqar Bayramov
"Brent" markalı neft ucuzlaşdı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ