Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5352
az

Qadından onu intim fotoları ilə şantaj edən kişiyə qarşı ŞOK QƏRAR

13:0419 Sentyabr, 2018
1048
KRİMİNAL
  • A
 Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən 26 yaşlı Elvin İsmayılovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək E. İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş 50 yaşlı qadın isə onu şantaj edən sevgilisinə yüngül cəza verilməsini istəyib:  "Mən əvvəl şikayətçiydim, amma dünən anam yuxuda görüb ki, Elvinin oğlu ondan atasını istəyir. Mənim anam ibadət edən adamdır, ona görə Elvini bağışlayıram. Atamdan da belə görmüşəm ki, hamıya kömək edək. Atam 5 il adamları pulsuz həccə göndərib.
Hər gün düşünürdüm ki, görüm bu gecə nə yazacaq, nələr deyəcək. Gecə klubuna gedirdim ki, fikrim dağılsın, yaşadıqlarımı unudum. İndi fkirləşirəm ki, Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi. Elvinin azadlığa çıxması üçün nə xərc lazımdısa, özüm çəkəcəyəm".
Proses sentyabrın 26-da davam etdiriləcək.
İttihama görə, Elvin İsmayılov sosial şəbəkədə yeni tanış olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə şantaj edərək 10 min manat tələb edib.
Qeyd edək ki, E. İsmayılov 50 yaşlı qadının oğlu ilə dost olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü
Tələbə faciəvi şəkildə ÖLDÜ

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
"Arif Rəhimov məhkəməyə gəlsin"- Çingiz Mehdiyevin vəkili sabiq nazirin oğlunun dindirilməsini istədi