Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53493
az

Azərbaycan-İran sərhədində şok: İtlər görün qutulardan nə tapdı - VİDEO

13:4601 May, 2021
2845
KRİMİNAL
  • A

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib.

Bu barədə Oxu24.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, nəticədə 107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Belə ki, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Çexiya Respublikasına "mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar" yükü aparan Ukrayna Respublikası vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb və 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellər əsaslı yoxlanılıb.

Baxış zamanı panellərin hər birinin daxilində - çərçivə hissələri boyunca yerləşdirilən silindr formalı rezin borular aşkarlanıb. Həmin boruların içərisində isə gömrük nəzarətindən gizlədilən, çəkisi 107 kq 232 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroinin olduğu məlum olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub
Vüsal Həşimov həbs olunub

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO