Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5336
az

“İki gün əvvəl sinaqoqda çəkilib” - Nazirlərin fotosu ilə bağlı açıqlama

15:5918 Sentyabr, 2018
1425
SİYASƏT
  • A
  Sosial şəbəkələrdə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla müdafiə naziri Zakir Həsənovun görüntüləndiyi, eyni zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın da əks olunduğu bir fotoşəkil paylaşılıb. Şəklin ciddi müzakirələrə səbəb olması Ramil Usubovla Zakir Həsənovun hansısa tədbirdə yəhudi papağı qoyması ilə bağlıdır.

Müzakirələrə qoşulanların bir qismi isə bu şəklin fotoşopla düzəldildiyini iddia edərək, onu paylaşanlara istehza ilə yanaşıb.

Bəs əslində gerçək nədir?

Oxu24.com xəbər verir ki, Modern.az saytı dünəndən müzakirələrə səbəb olan şəkillə bağlı kiçik bir dəqiqləşdirmə aparıb.

Qubanın yəhudilər yaşayan Qırmızı qəsəbəsindəki sinaqoqun dini icma rəhbəri Yuri Naftaliyev yayılan fotoşəklin gerçək olduğunu vurğulayıb:  

“Şəkil fotomontaj deyil. İki gün bundan qabaq daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Rusiyada yaşayan Azərbaycan doğumlu yəhudi iş adamı Qod Nisanov, İsrailin müdafiə naziri Aviqdor Liberman ilə birgə Qubaya – Qırmızı qəsəbəyə gəlmişdilər. Qonaqların hamısı həm Qubadakı sinaqoqda, həm də 6 gümbəzdə oldular. Özəl bayramımız olmayıb. Sadəcə, İsraildən gələn qonaqlar Qubadakı Qırmızı qəsəbəyə gəlmək istəyib. Azərbaycanın nazirləri də israilli qonaqları müşayiət ediblər. Aviqdor Liberman bizimlə də görüşdü. O, öz gözü ilə bizim necə yaşadığımızı görmək istəyib. Çox məmnun qaldı”.

Dağ yəhudiləri dini icmasının sədri azərbaycanlı nazirlərin başına qoyulan papaqdan da söz açıb:

“Yəhudilər başına kiçik kipa qoyurlar. Yəhudilərdə belə ənənə var ki, sinaqoqa daxil olan hər kəs o kipanı başına qoymalıdır. Burada qeyri-adi nəsə yoxdur”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul etdi - YENİLƏNDİ
Ərdoğan İlham Əliyevə zəng etdi

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu