Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53358
az

Vaksin vurulan şəxsin korona testi müsbət çıxa bilər

20:2129 Aprel, 2021
1265
CƏMİYYƏT
  • A

Azərbaycanda vurulan "KoronaVak" peyvəndinin tərkibində inaktiv olunmuş virusdan istifadə edilir. Bu virus orqanizmə daxil olduqdan sonra çoxala bilməz, çünki bu, canlı virus deyil və generesurslarından istifadə edə bilmir. Vaksinasiyadan sonra xəstəliyin müəyyən qədər zəif klinik gedişi müşahidə edilə bilər, bu da təbii bir prosesdir. Bu, həm də onu göstərir ki, peyvənd olunmuş insanlarda immunitet formalaşır. Vaksinlərin təhlükəsizlik parametrləri araşdırılıb və klinik çalışmalardan keçirilib, ona görə də onlar problemli deyil.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla insanlarda peyvənd vurduqdan sonra yaranan yüksək hərarət, ağrılar və koronavirus testinin müsbət çıxması haqda danışarkən deyib.

O bildirib ki, vaksin vurulmazdan qabaq insanların yoluxmuş olması və bunun peyvənd olunduqdan sonra üzə çıxması da mümkündür:

"Vaksin vurulduqdan təxminən ay yarım sonra immunitet yaranır. Bu ay yarımlıq müddətdə yoluxmaq və ağırlaşmaq da mümkündür. Buna görə də insanlar bunu nəzərə almalıdır. Karantin və şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Tibbi maskadan düzgün istifadə edilməli, əllər tez-tez yuyulmalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO