Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53340
az

SON DƏQİQƏ! DİN Gəncədə əməliyyat keçirib: Tutulanlar görün,kimdir

14:3629 Aprel, 2021
2798
SON DƏQİQƏ
  • A

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Məmməd Zeynalov saxlanılaraq şöbəyə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M. Zeynalov narkotik maddəni Gəncə şəhər sakini Qorxmaz adlı şəxsdən 50 manata aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Qorxmaz Məmmədov saxlanılıb. Onun evinə baxış keçirilən zaman, oradan müxtəlif çəkidə heroin, marixuana və metadon aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və Britaniya bu ölkəyə hücum etdi
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Oktyabrın 5-də...
SON DƏQİQƏ! Metroda dəhşətli anlar yaşandı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var