Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5330
az

“Bundan sonra da vicdanlı olacağam” - Abid Şərifov

14:0618 Sentyabr, 2018
878
SİYASƏT
  • A
 [hide][/hide]79 yaşım var və artıq yaşlı adamam.  Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyaçıyam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”.

Oxu24.com  xəbər verir ki, bunu Modern.az-a açıqlamasında  baş nazirin sabiq müavini Abid Şərifov deyib. Baş nazirin sabiq müavini  mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi  barədə yazılanlara etiraz edib: “Demək istəyirəm ki, hazırda evdəyəm və səhhətim normaldır. Nə vaxtsa da xaricə getmək fikrim yoxdur. Mənim xaricdə nə işim var? 23 il dövlətin bir vəzifəsində vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Abid Şərifov onun keçmiş vəzifəsini hazırda icra edən baş nazirin müavini Hacıbala Abutalıbovun fəaliyyəti barədə danışmaq istəmədiyini deyib: “Bu, mənim işim deyil. Mən tövsiyə verə bilmərəm. Hacıbala müəllimin fəaliyyətini mən yox, prezident qiymətləndirə bilər, bir də vətəndaşlar. Ancaq əsas cənab prezidentdir. Bu məsələ dah mənlik deyil”.

A.Şərifov bundan sonra mətbuatla sıx təmasda olmaq istəmədiyini qeyd edib: “Mətbuata açıqlamalar vermək istəmirəm. Zamanında çox açıqlamalar vermişəm. Daha bəsdir...”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü