Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
533
az

Orduda Şok! Əsgəri yataq örtüyünə büküb zorladılar

11:0312 Aprel, 2018
3459
DÜNYA
  • A
​​​​İşğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsində yerləşən qanunsuz hərbi birləşmələrindən birində dəhşətli hadisə baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi hissənin şərti adı "Q" olan zabiti, "K" şərti adlı əsgərə təcavüz edib. Bu barədə "Forrights.am" saytına hərbi qulluqçunun anası "D" məlumat verib: “Oğlum 15 yanvar tarixində hərbi xidmətə çağrılıb. İlk dəfə yanvarın 18-də artıq Ağdərədə olanda zəng edərək dedi ki, anacan bu nə yerdir mən düşmüşəm. İkinci dəfə hələ karantində olarkən zəng edib dedi ki, ana gəl məni xilas et”.

Məlumata görə, erməni əsgəri bir neçə dəfə evlərinə zəng edərək anasını köməyə çağırıb. Ancaq nə baş verdiyi barədə heç nə deməyib.

Hərbi andiçmə günü anası, oğlunun incidilmiş vəziyyətdə olduğunu görüb. Nə baş verdiyini soruşduğunu, ancaq heç nə demədiyini, yalnız mənə kömək et, deməklə kifayətləndiyini bildirib.

"Nə baş verdiyini bilməliyəm ki, kömək edim. Nəhayət iki gündən sonra çətinliklə də olsa dedi ki, onun birbaşa komandiri olan zabit, onu yataq örtüyünə bükərək döymüş, 4-5 gündən sonra da təcavüz edib. O, ayaqyoluna gedərkən qan içində olduğunu gördüyünü, anasına deyib", - deyə erməni əsgər anası bildirib.

Erməni əsgərin anası deyir ki, təcavüz faktı mütəmadi baş verib. Bu vəziyyətdə onun oğlu fevralın 3-də andiçmədə iştirak edib. Anası deyir ki, oğlu həmin zabitdən çox qorxduğunu, onu öldürəcəyini və bu vəziyyətdə necə yaşayacağını bilmədiyini deyib.

Anası bildirir ki, bu eşitdiklərindən dəhşətə gəlmiş və oğlunu hərbi hissə komandirinin yanına aparıb. Özü otaqdan çıxaraq hər şeyi komandirə danışmasını xahiş edib. Hərbi hissə komandiri eşitdiklərindən, hərbi hissədə baş verənlərdən dəhşətə gəlib.

Bu faktı işıqlandıran mətbuat orqanı, hadisənin xüsusiyyətini nəzərə alaraq, cinayəti törədən və buna məruz qalanların adlarını gizli saxlamağa qərar verdiyini bildirib. İstinataq idarəsinin 3-cü qarnizon istintaq şöbəsində erməni əsgərə qarşı seksual xarakterli zorakılıq əlamətlərinə görə cinayət işi qaldırılıb.

Erməni əsgər zərərçəkən kimi tanınsa da, onu fevral ayından indiyədək qanunsuz olaraq hərbi polisdə saxlayırlar. Lakin təcavüz etməkdə ittiham olunan kapitan rütbəli hərbi qulluqçu isə azadlıqda olmaqla yanaşı, xidmətini davam etdirir. Oğlunun hərbi polisdə həbsdə saxlandığını bilən kimi, erməni əsgərinin anası Ermənistan müdafiə naziri Vigen Sarkisyana məktub yazaraq hadisə barədə şikayətlənib. O, məktubunda dərhal oğlunun azad olunmasını və xidmətini davam etdirmək üçün Ermənistana gətirilməsini tələb etsə də, ona bugünədək cavab verilməyib.

Bütün baş verənləri bilən Vigen Sarkisyan heç bir tədbir görməməklə, cinayətkarcasına laqeydlik nümayiş etdirir.

Təcavüzə məruz qalan erməni əsgərinin hüquqlarını müdafiə edən, "İnsan Hüquqları Naminə Jurnalistlər" ictimai birliyinin vəkili Hayarpi Sarkisyan, onunla martın 27-də saxlanıldığı Xankəndi hərbi polisində görüşüb.

Vəkili Hayarpi Sarkisyan, zərərçəkən kimi tanınan hüquqlarını müdafiə etdiyi şəxsin hansı əsasla hərbi polisdə saxlanıldığına dair yazılı müraciətinə hələ də cavab verilmədiyini deyir.

Vəkil bildirir ki, hərbi polisdə saxlanıldığı müddətdə zərərçəkən erməni əsgərini ilkin ifadəsini dəyişdirməyə məcbur ediblər. Hazırda hərbi polisdən bildiriblər ki, 9 aprel tarixində erməni əsgərinə qarşı yalan ifadə vermə maddəsi ilə qaldırılan cinayət işi məhkəməyə göndərilin. Vəkil Ermənistan baş prokurorluğuna şikayət etdiyini bildirib. Zərərçəkən erməni əsgərinin valideynlərinin birindən mərhum olmaqla, anasının yeganə övladı olduğu qeyd olunur.

Aprelin 7-də hərbi qulluqçunun müalicəyə ehtiyacı olduğuna görə hərbi xidmətdən azad olunması və dərhal Qarabağdan İrəvana qaytarılması barədə Vigen Sarkisyana göndərilən yazılı müraciətə hələ də cavab verilməyib. Kapitan rütbəli hərbi qulluqçu isə təcavüz faktını inkar edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Terrorçular  hərbçilərə hücum ediblər
Qorbaçov xəstəxanaya yerləşdirilib
ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi