Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
532
az

Türkiyədə Quliyə yaxın kriminal avtoritet öldürüldü - FOTOLAR 18+

10:5912 Aprel, 2018
2237
KRİMİNAL
  • A
 
Türkiyənin Antaliya şəhərində Gürcüstanın məşhur krminal avtoriteti 60 yaşlı Gayoz Zviadadze (ləqəbi Giya Kutaissky) evinin qarşısında güllələnərək öldürülüb.

Unikal.org  xəbər verir ki, hadisə aprel ayının 8-də Antalyanın Kəmər məhəlləsində baş verib. Mafiya lideri olduğu təsdiqlənən Gürcüstan əsilli Gaioz Giorkhalidze evindən küçəyə çıxarkən, ağ bir avtomobildən qara maskalı 2 adam tərəfindən güllələnib. Gaioz Giorkhalidze aldığı 6 güllə yarasından hadisə yerində keçinib.

Hadisə nəticəsində ona yaxın olan Giga Petriashvili adlı şəxs də ayağından yaralandığı deyilir.

Bu arada hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları 6 nəfəri şübhəli şəxs qismində saxlayıblar.

Aralarında Rus, Gürcü və Erməni əsilli olduğu təyin olunan şübhəlilər R.A. (54), D.G. (55), D.K. (32), A.M. (32) və A.J. (41) polis şöbəsində izahatlı alınaraq, məhkəməyə aparılıblar.

Qeyd edək ki, Gaioz Giorkhalidze Rusiyanın Rostov bölgəsinin ən məşhur mafiya liderlərindən biri olduğu və burada 'Giya Kutaisskiy' ləqəbiylə tanındığı deyilir. Baş verən hadisənin isə bir mafiya hesablaşması olduğu deyilir. Giya Kutaissky 2012-ci ildə Moskvada saxlanılıb. O, Gürcüstanda silah satışına görə ittiham üzrə beynəlxalq axtarışda olub. Gürcüstan hakimiyyəti onu heçə tutmadı. Rusiyada miqrasiya qanunvericiliyini pozduğuna görə, oğru hüquqdan məhrum edilib. Zviadadze ənənələrə ciddi əməl edən "köhnə məktəb" lideri sayılırdı.

Türkiyədə yaşayan krminal avtoritet  Nadir Salifov (ləqəbi Quli) azadlığa çıxdıqdan sonra ona yaxın olan əksər mafiya liderləri Türkiyədə yerləşdilər. Yunanıstanda yaşayan və Qulinin azadlığa çıxdıqdan sonra Türkiyəyə dönənlər arasında Giyas Zviadadze (Giya Kutaissky) və Zaala Makharoblidze (Glekhoviç) oldu.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi