Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53165
az

Azərbaycanda  20 yaşlı ana niyə intihar edib? - ŞOK DETALLAR

22:4226 Aprel, 2021
2336
KRİMİNAL
  • A

Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə aprelin 24-də axşam saatlarında qeydə alınıb. Rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.

Amma ailənin yaxınları iddia edir ki, nar ağacı elastik olduğu üçün oradan kiminsə özünü asması inandırıcı deyil. Onların sözlərinə görə, qızlarını yerdə uzanıqlı vəziyyətdə tapıblar.

Məlumata görə, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. İddiaya görə, qız ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qayınatası və qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edərək boşanmaq istədiyini bildirib. Qızın atası boşanmaya razılıq versə də, anası buna etiraz edərək ailəsini dağıtmamasını tapşırıb.

Sabirabad rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb: "İstintaq davam etdirilir. İddialarla bağlı heç bir açıqlama verə bilmərik".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO
Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu