Fransalı həkimlər bildiriblər ki, koronavirus qalxanvari vəzin müxtəlif xəstəliklərinin inkişafına təkan verə bilər.
Publika.az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bunu ölkədəki “CHU-Larrey” hospitalının həkimləri tərəfindən aparılmış araşdırma üzə çıxarıb.
Araşdırmaçılar bildiriblər ki, COVID-19-un fəsadı kimi meydana gələn qalxanvari vəzin xəstəlikləri həm autoimmun, həm də soyuqdəymə xarakterli ola bilər.
Bununla yanaşı, həkimlər koronavirusun mədəaltı vəzi və hipofiz vəzisi xəstəliklərinə də gətirib çıxarma ehtimallarını qeyd ediblər.
Oxu24.com
ŞƏRHLƏR