Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52996
az

Kişilərin diqqətinə! BUNU ETSƏNİZ,SONSUZ OLA BİLƏRSİNİZ (18+)

20:4023 Aprel, 2021
2745
TİBB
  • A

Son 5 ildə ümumi sonsuzluq statistikasında kişi sonsuzluğunun payı 55%-ə çatıb. Halbuki 10 il əvvəl birinci yerdə qadın sonsuzluğu idi.

Kişilərdə sonsuzluq daha çox varikosel və spermanın morfologiya və sayında azalma səbəbindən baş verir.

Oxu24.com  xəbər verir ki, ginekoloq həkim Aynur İsmayılova gənc kişilərdə sonsuzluğun bir səbəbinin də dar, cins, sıx şalvarlar olduğunu bildirib. Sayta açıqlamasında o, bu təsiri belə izah edib.

“Qadınlarda yumurtalıqlar daxildə yerləşdiyi üçün xarici temperatur dəyişikliyi təsir etmir. Kişilərdə isə əksinədir. Normal spermin yaranması üçün cinsi orqanlarda temperatur bədən temperaturundan aşağı olmalıdır. Dar, cins şalvar isə buna mane olur.
Dar, sıx, xüsusən cins şalvarlar, bel hissəni tam tutmayan şalvarlar kişi cinsi orqanı, xüsusən xayalar üçün “istixana” effekti yaradır, havalandırma, istlik sistemi pozulur. Nəticədə anormal spermlərin sayı çoxalır, normal spermatogenezin yaranmasının qarşısını alır, aşağı çanaq orqanlarında qan dövranı pozulur, varikosel yaranır. Bunlar da kişinin ata olmasına mane olur.


Xatırladaq ki, əvvəl kişilərimiz necə geyinirdi: parça şalvar, geniş, enli, boş, bel hissə yuxarıda. O cür geyinmək lazımdır.


Eləcə də körpə oğlan uşaqlarının pampersdə çox saxlanması da eyni “istixana” effekti verir, uşağın cinsi orqanları və xayalarda normal spermin yaranması prosesini pozur”.(Medicina.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Oynaqları balla müalicə edin - RESEPTLƏR
Bədəndəki əsassız qançırlar nədən xəbər verir?

Yarasaların gözəllik müsabiqəsi keçirilir

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi