Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5298
az

Paşinyanın arvadı Azərbaycan qadınlarına müraciət edib

13:2317 Sentyabr, 2018
4157
HƏRBİ
  • A
 
Sentyabrın 15-də Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Qarabağ döyüşlərində ölən erməni əsgərlərinin analarının bir qrupunu baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırıb.
Nikol Paşinyanın arvadı azərbaycanlı qadınları da onun başlatdığı sülh təşəbbüsünə qoşulmağa çağırıb. “Ümid edirəm ki, sizin və bizim səsimiz azərbaycanlı analara da gedib çatacaq, onlar da müharibəyə qarşı çıxıb sülhə çağıracaqlar. Əgər bu baş versə gözəl günlərin birində bizim çağırışımız atəş açmağı və müharibə başlamağı əmr edən adamlara da gedib çatacaq”-Anna Akopyan bildirib.
Digər tərəfdən, o, bildirib ki, “Kimin qalib gələcəyini həyat göstərəcək. Ya biz qalib gələcəyik və onları silahı yerə qoyub danışıqlar masası arxasına keçməyə məcbur edəcəyik, ya da uduzacağıq və onlar bir-birlərinə atəş açmaqda davam edəcək. Mən məğlubiyyət variantını istisna edirəm və əminəm ki, nə vaxtsa təşəbbüsümüz qalib gələcək”.
Əvvəla, onu qeyd edim ki, Anna Akopyan və erməni anaları Azərbaycan analarına müraciət etməmişdən öncə həyat yoldaşı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etməlidir. Çünki N.Paşinyan Azərbaycana qarşı təhdid dolu bəyanatlarla çıxış edərək Bakını müharibəyə təşviq etməyə çalışır. Həmçinin o, danışıqlar prosesinin irəliləməsinə mane olur. Beləliklə, Paşinyan və onun hökuməti münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı deyil. Məhz buna görə də Anna Akopyan erməni anaların gözü yaşlı qalmasın istəmirsə ilk növbədə həyat yoldaşı N.Paşinyanı sülhə çağırsın
Digər tərəfdən, Anna Akopyan unudur ki, işğalçılıq siyasətini Ermənistan tərəfi həyata keçirir, Azərbaycan deyil. Və Azərbaycan tərəfi kiminsə torpaqlarınını işğal etməyib. İşğal altında olan torpaqlar Azərbaycan torpaqlarıdır ki, Ermənistan tərəfindən işğal edilib.
Nə vaxta qədər ki, Ermənistan tərəfi işğalçılıq siyasəti həyata keçirəcək o vaxta qədər də erməni analarının gözü yaşlı qalacaq.
Xüsusilə, aprel döyüşlərinin başlamasına səbəb Ermənistan tərəfinin təxribata əl atması nəticəsində olub. Bir sözlə, bütün bu hadisələr onu göstərir ki, Anna Akopyanın müraciət edəcəyi şəxs N.Paşinyan olmalıdır, Azərbaycan anaları deyil.

Analitik Ehtiram Aşırlı
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi