Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirak etdiyi mərasimdə həmçinin Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də hərbi and içib.
Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək, onlara uğurlar arzulayıb.
Oxu24.com
ŞƏRHLƏR