Ermənistanın Kotayk vilayətində sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 2 hərbçi ölüb, 4-ü yaralanıb.
Oxu24.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, sürücü hadisə yerindən qaçıb.
Sürücünün sərxoş olduğu iddia edilir.
Qəza yerinə Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Abovyan bölməsinin nümayəndəsi və başqa yüksək vəzifəli şəxslər gedib.
Məlumata görə, ölən hərbçilər və yaralılar eyni hərbi hissədə xidmət edirmiş.
Polisin axtarışı nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kotayk sakini, 34 yaşlı Karen Mikaelyan saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR