Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52614
az

Sabah havanın hərarəti 25 dərəcəyə kimi artacaq

21:0514 Aprel, 2021
1595
CƏMİYYƏT
  • A

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-21, Bakıda gecə 10-12, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 20-25, dağlarda gecə 0-5, bəzi yerlərdə 8-10, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.

Aprelin 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir
Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO