Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52568
az

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır

21:3713 Aprel, 2021
2652
  • A

COVID-19 infeksiyası ilə bağlı aparılan daha bir kliniki elmi tədqiqat işi başa çatıb.

Oxu24.com xəbər verir ki, bu barədə "report"a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, yeni tədqiqat artıq nüfuzlu "The Lancet" jurnalında dərc edilib.

Azərbaycanlı alim bildirib ki, kliniki elmi tədqiqatda astma xəstələrində istifadə edilən Budesonid inhalyasiyasın COVID-19 xəstələrinə pozitiv təsirlərindən bəhs edir.

N.Abdullayev qeyd edib ki, Budesonid ilə 7 gün, gün ərzində 2 dəfə müalicə alanlarda aşağıdakı nəticələr alınıb:

- Budesonid almayanlarla müqayisədə ümumi müalicənin vaxtı azalıb

- Budesonid almayan kontrol qrupla müqayisədə Budesonid alanların temperaturu daha az davam edib

- İki həftədən sonra onların qalıcı simptomları daha az olub və buna görə də "Long COVID" simptomlarının da qarşısını ala biləcəyi düşünülür

- Budesonid alan xəstələr temperatur salıcı dərmanlardan da çox qısa müddət istifadə ediblər

- Budesonidin qəbulu təxminən 90%-ə qədər xəstəxanaya düşmə riskini azaldır. Bu dərmanın simptom başlayandan 3 gün sonraya qədər qəbulu zamanı rast gəlinib

- Yüngül yan təsirləri isə çox az hallarda rast gəlinib, təxminən 7%-ə qədər.

"Budesonidin gündə iki dəfə inhalyasiya şəklində qəbulu xəstəxanada ciddi tibbi müdaxilə riskini azaldır və sağalmağa qədər olan zamanı qısaldır. Bütün bunlar onu deməyə əsas verir ki, artıq COVID-19 müalicəsində bu dərman elmi əsaslı tətbiq edilə bilər", - N.Abdullayev bildirib.

O əlavə edib ki, Budesonid spreyinin xəstələrdə tətbiqi və kliniki tədqiqatla təsdiqi bu dərmanın astma xəstələrində istifadə zamanı onların COVID-19-u yüngül keçirməsindən sonra başlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı