Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5256
az

Əsgərlikdən gəlib 4 yaşlı qızı zorladı, ölümünə səbəb oldu — Azərbaycanda cinayətin təfərrüatı

14:0415 Sentyabr, 2018
2289
KRİMİNAL
  • A
 4 yaşlı qızı zorlayan şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Oxu24.com  "ölkə.az”a istinadən xəbər verir ki, Naxçıvanda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməklə ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə ötən il iyulun 30-da axşam saatlarında baş verib.

Hadisədən bir neçə gün əvvəl hərbi xidmətdən gələn Ələsgər Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib. O, toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.


Səs eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb. Azyaşlı həyatını itirib.

Ələsgər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Ələsgər Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ikinci faciəsi: qatar daha bir nəfəri vurdu
Qatar yoluna çıxan qadın öldü
Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
“Formula 1”ə saxta bilet satan şəxs SAXLANILDI - VİDEO