Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52538
az

SON DƏQİQƏ! Azərbaycanda mühüm Qanun təsdiqləndi: Bunu edənlər həbs ediləcək

10:5013 Aprel, 2021
2323
ÖZƏL BÖLÜM
  • A

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

Oxu24.com -un  məlumatına görə, qanuna əsasən, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirənlərə qarşı on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanuna əsasən, avtoxuliqanlıq halları və buna görə tətbiq edilən cəzalar konkretləşdirilib.

Qanuna görə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qeyd edək ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı