Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5253
az

İcra başçısı məktəblilərə gül verdi - FOTO

13:2715 Sentyabr, 2018
1206
CƏMİYYƏT
  • A
Yeni tədris ilinin ilk günü Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta  məktəbdə də təntənəli şəkildə qeyd olunub.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açıb. O çıxışında deyib:
- Sizləri Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan salamlayır, 15 sentyabr – Bilik günü münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı və çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müstəqil Azərbaycanımızda sülh, rifah, yeni-yeni uğurlar arzulayıram.
  Azərbaycan təhsilinin bugünkü inkişafı ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyev tərəfindən aparılan uzaqgörən və məqsədyönlü siyasətdən başlayır. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub.  Ulu Öndər müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıb.
Xalqımızın ümummilli lideri Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır. Həmin siyasət bu gün möhtərəm Prezident çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilir.
Ölkə Başçısının təhsilə olan diqqət və qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da həyata keçirilir. Rayonumuzda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində  görülən işlərin  səviyyəsi   ötən   illərə nisbətən daha geniş miqyas almışdır.
 Rayonumuzda təhsilin inkişafına göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı  bildiririk!
15 sentyabr ölkəmizdə şagird və tələbələr, həmçinin onların valideynləri üçün əlamətdar bayram günüdür. Bu gün respublikamızın bütün təhsil müəssislərində olduğu kimi, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə də böyük canlanma vardır. Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəb rayonumuzun sayılıb-seçilən ümumtəhsil ocaqlarından biridir.
Ötən tədris ilində də məktəbin şagirdləri keçirilmiş rayon və respublika səviyyəli tədbirlərdə bir-birinin ardınca parlaq qələbələr qazanmışlar. Ən əsası isə məktəbin məzunları builki yüksək göstəriciləri ilə bizləri bir daha da sevindirmişlər. Belə ki, 2 nəfər şagird 9-cu sinif üzrə, 6 nəfər şagird 11-ci sinif üzrə fərqlənmə attestatına layiq görülüb.
 Ali məktəblərə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş 23 nəfər məzunun 23-ü də tələbə adını qazanıb. Onlardan 1 nəfəri 637 bal, 3 nəfəri isə 500-dən çox bal toplayıb. 9-cu sinifdən isə 5 nəfər məzunun 5-i də respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olunub.
Bu, həqiqətən də, ürəkaçan nailiyyətdir. Mən bu yüksək göstərici münasibəti ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin başda direktoru Aybəniz xanım Vəliyeva olmaqla, bütün müəllim kollektivini səmimi qəlbdən təbrik edir, onlara gələk fəaliyyətlərində və şəxsi həyatlarında yeni-yeni uğurlar arzulayıram!
Bu gün burada sizinlə “Bilik günü” bayramında  iştirak etmək, sizin sevincinizə şərik olmaq mənim üçün şərəflidir, qürurvericidir. Əlvan geyimli bir-birindən gözəl şagirdlərimizi görürəm. Əminəm ki, yay tətilindən qayıdan şagirdlərimiz yeni biliklər əldə etməyə tələsirlər.
Ölkəmizin gələcəyi olan əziz şagirdlərimiz bu tədris ilində də müəllimlərin təlim-tərbiyəsi altında ötən illərdə  öyrəndikləri  bilik  və   bacarıqların üzərinə yenilərini əlavə edəcəklər. Bunun üçün, əlbəttə, səylə oxumaq, müəllimlərin dediklərinə əməl etmək, tapşırıqları müstəqil yerinə yetirmək lazımdır.  
Mən çıxışımın sonunda bu gün ilk dəfə olaraq məktəbə gələn birinciləri, artıq neçə illərini məktəbdə keçirən şagirdləri, bu il məktəbdə son illəri olan on birinciləri,  müəllimləri, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri, bir sözlə təhsil sahəsində çalışan hər bir kəsi  "Bilik günü" münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan bir daha da təbrik edir, Sizə yeni-yeni uğurlar arzulayıram.
“Bilik günü”nüz bir daha mübarək olsun!
 Məktəbin direktoru Aybəniz Vəliyeva da çıxış edərək tədbir iştirakçılarını yeni tədris ili münasibəti ilə təbrik edib, məktəbin tarixinə və bu gününə nəzər salıb, ölkə Başçısı cənab İlham Əliyevin təhsilə ali diqqət və qayğısının onların daha da yaxşı işləmələrində stimul olduğunu vurğulayıb. Aybəniz Vəliyeva bütün kollektivi adından hər zaman göstərdiyi hərtərəfli dəstəyə görə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə də təşəkkürünü bildirib.
Digər çıxış edənlər yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb,   ölkə Başçısının apardığı məqsədyönlü və uğurlu təhsil siyasətindən danışıblar.
“Bilik günü” daha sonra məktəb şagirdlərinin hazırladığı bədii kompozisiyalar ilə davam edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
XƏBƏRDARLIQ! Bu ərazilərdə daşqın gözlənilir
Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır