Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52466
az

Türkiyə İtaliyadan vertolyot alınmasını dayandırdı

19:1011 Aprel, 2021
2355
CƏMİYYƏT
  • A

Türkiyə Silahlı Qüvvələri üçün İtaliyanın "Leonardo” (keçmiş "Finmeccanica”) hərbi-sənaye konsorsiumundan təlim vertolyotlarının alınmasını dayandırıb.

Bu günlərdə "Leonardo” hərbi-sənaye konsorsiumundan 70 milyon avro dəyərində vertolyotların alınmasını nəzərdə tutan sazişin imzalanması planlaşdırılsa da, Türkiyə tərəfi İtaliya Baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qalmaqallı bəyanatı fonunda sazişin imzalanmasını müddətsiz təxirə saldığını bildirib.

Türkiyənin İtaliyadan alacağı "AW169” təlim vertolyotları köhnə "Agusta-Bell 206” vertolyotlarını əvəzləməli idi.

"La Repubblica” diplomatik qalmaqal səbəbindən bir sıra iqtisadi layihələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın təhlükə altında qaldığını yazıb. Ankara rəsmi Romanın üzr istəməsini gözləyir.

Qeyd edək ki, İtaliya Baş naziri Mario Draqi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ankaraya səfər zamanı alçaq stulda oturması ilə bağlı Türkiyə Prezidentinin ünvanına diplomatik etikadan kənara çıxar ifadə işlədib. Sonradan Ursula fon der Lyayenlə bağlı qalmaqalın səbəbkarının Türkiyə deyil, Avropa İttifaqı daxilində rəhbər şəxslər arasında çəkişmə olduğu üzə çıxıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldonun hotelində vakansiya -İşçilərə görün nə qədər maaş verəcək
Prezident konfrans iştirakçılarına müraciət etdi
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO