Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52455
az

SON DƏQİQƏ! Lavrov İSTEFAYA GÖNDƏRİLDİ: Naziri kimin əvəz edəcəyi bilindi

13:1311 Aprel, 2021
6227
SON DƏQİQƏ
  • A

Vəzifə verilən üç qubernator Şoyquya yaxın kadrlardır, hakimiyyətdə daha ciddi kadr dəyişiklikləri gözlənilir.

Son günlər Rusiya prezidenti Vladmir Putin üç qubertatoru vəzifəsindən azad etməsi diqqət çəkib.
Penza vilayətinin rəhbəri İvan Belozertsevin həbsindən sonra daha üç qubertaror "könüllü olaraq istefa” verib. Diqqəti çəkən əsas məqam isə hər üç qübernatorun müdafiə naziri, Putinin varisi olacağı deyilən Sergey Şoyquya yaxın olmasıdır.
İstefaya gedənlərdən biri on gün əvvəl Rusiya prezidentinin istirahətə getdiyi, müdafiə nazirini yerlisi Tuvanın başçısı Şolban Kara-Ooldur. Kara-Ool qubertator vəzifəsini 14 il il oturub. Yeni seçkilərədək onun yerinə Vladislav Xovalıq tutacaq.
"Könüllü istefaya” gedən ikinci məmur Ulyanovsk qubernatoru Sergey Morozdur. O, istefasını payızda keçiriləcək parlament seçkilərində iştirakla əlaqələndirib. Təhliliçilərinin fikrincə, bu Kremlin keçmiş Ulyanovsk qubernatorunu cəzalandırmayacağı anlamına gəlir, ancaq ona qarşı ittihamlar var və sakit təqaüd gözləməyə də bilər. Ulyanovsk qubernatoru vəzifələrini müvəqqəti yerinə yetirmək Aleksey Russkiyə tapşırılıb. O, bir dönəm kommunistlərin Dövlət Dumasında təmsilçisi olub, amma iddialara görə, Ulyanovskın yeni sahibinin atası müdafiə naziri Sergey Şoyquya yaxındır və "Tuva klanı”na daxildir.
Həftəsonu Şimali Osetiyanın yeni başçısı təyin olunmuş Sergey Menyailo da hərbçidir. Siyasətə Krımın ilhaqından sonra hərbidən gəlib. Sevastopolun admiral-qubernatoru vəzifəsindən sonra Sibir federal dairəsinə prezidentin xüsusi nümayəndəsi təyin ediliib. O, Sergey Şoyqu ilə əlaqələndirilən üçüncü qubernatordur.

"Rosbalt” bildirir ki, prezidentlə "Tayqa toplantısından” sonra müdafiə nazirinin mövqeyinin gücləndirildiyi göz qabağındadır. Təbii ki, bu təyinatlar Sergey Şoyqunun Putinin varisi olacağı mövzusunu yenidən aktuallaşdırıb. Sanki həm də belə təəəsürat yaranır ki, Putin Müdafiə Nazirliyinin rəhbərinə minnətdar olduğunu hiss etdirmək istəyir.

ƏTRAFLI
BOSCH Azerbaijan

Daha bir ehtimal da var ki, müdafiə naziri hazırda Ukraynaya görə güclü təzyiqlərə sinə gərməsinə görə mövqeləri möhkəmləndirilir. Başqa bir ehtimala görə isə güc strukturları rəhbərlərinin Ukrayna konfliktinə görə prezidentdən "istəkləri artıb”. Həm də onlar kifayət qədər sülhpərvər mövqe tutublar. Məsələn, Təhlükəsizlik Şurasının katibi Sergey Patruşevin Ukrayna probleminin həllində sülh yoluna üstünlük verməsi ilə bağlı açıqlaması prezidentin yaxın əhatəsində olan, Prezident Administrasiya rəhbərinin müavini Dmitri Kozakın sərt mövqeyi ilə ziddiyyət təşkil edir.
Bildirilir ki, qubernatorların istefaları bununla bitməyəcək. Çox güman ki, Vladimir, Krasnoyarsk və Stavropol vilayətinin qubernatorları da tezliklə yola salınacaq.

İddia olunur ki, yayda isə növbə nazirlərə və baş nazir müavinlərinə çatacaq. Bildirilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov vəzifəsini nəhayət tərk edəcək. Onun yerinə Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın təyin olunacağı proqnozlaşdırılır. Bu təyinat Rusiya xarici işlər nazirinin ABŞ-da iş təcrübəsi olanlar arasında seçilməsinə də nöqtə qoyacaq.

Bundan əlavə, "Sputnik V” vaksininin təşviqi və satışına məsul olan Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitryevin vəzifə pilləsində irəliləyəcəyi barədə iddialar var. Bildirilir ki, artıq yazda ona çox geniş səlahiyyətli baş nazir müavini postu veriləcək, Mixail Mişustinin bütün digər müavinlərindən – Belousovdan Qolikovayadək bütün baş nazir müavinləri ona tabe ediləcək.Andrey Belousovun isə ümumiyyətlə baş nazir müavini postunu itirəcəyi ehtimalı yüksəkdir.
Ümumiyyətlə, ekspertlər Rusiya hakimiyyətini kifayət qədər isti yaz olacağı gözlənilir…

anews.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+